“Bu, bir neçə il davam edən səyahətdir” – “İnter”in hücumçusu
“İnter”in hücumçusu Markus Türam Milan klubunun Çempionlar Liqasında mümkün qələbəsindən danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, komanda olaraq qazandıqları kubokları artırmaq niyyətində olduqlarını deyib:
“Bu komanda keçən il yaradılmayıb, üç ildir ki, var. Ötən mövsüm Çempionlar Liqasının finalında uduzduq, onu da qazana bilərdik. Biz kuboklar alırıq və bunu davam etdirmək niyyətindəyik. Əlbəttə, indi şərh etmək daha asandır, çünki hər şey qaydasındadır, lakin bu, bir neçə il davam edən səyahətdir”.
Türam “İnter”ə 2023-cü ilin iyulunda “Borussiya”dan (Münhenqladbax) azad agent kimi keçib. Fransalı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin