“…bu, bir daha olmayacaq” – Klopp

İngiltərə Premyer Liqasının son turunda “Velverhempton”a 2:0 hesabı ilə qalib gəlsə də, çempionatı ikinci pillədə tamamlayan “Liverpul”un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:

“Xüsusi bir mövsüm keçirdik, 97 xal topladıq. Bir hekayə yazmaq istədik və bunu bacardıq. Bu mövsüm çox uzun və çətin oldu. Hər oyunda meydanda döyüşdük. Bu futbolçularla qürur duyuram. Mövsüm boyunca inanılmaz işlər gördülər. Çempion ola bilmədik, amma artıq qarşıda çox vacib Çempionlar Liqasının final matçı var.

“Mançester Siti”ni təbrik edirəm. Onlar son iki ildə ümumilikdə 198 xal topladılar. Bu, xüsusi bir uğurdur. Onların işini çətinləşdirmək üçün hər şeyi sınadıq, amma bu, kifayət etmədi. Bu mövsüm “Mançester Siti”yə çox yaxınlaşdıq. Növbəti il bizim üçün mükəmməl bir mövsüm ola bilər”.

51 yaşlı mütəxəssis, komandanı tərk edə biləcək futbolçular haqqında da danışıb:

“Keçmişdə “Liverpul”da uğurlu bir mövsümdən sonra əsas futbolçular itirildi, amma bu, bir daha olmayacaq. Növbəti mövsüm yenə birlikdəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button