“Bu, bir az şans işidir” – Beyl
“Real”ın və Uels millisinin keçmiş futbolçusu Qaret Beyl iştirak etdiyi “PGA Tour” qolf turniri ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, adıçəkilən çempionatda yaxşı çıxış etmədiyini bildirib:
“İlk turnirimdə yaxşı çıxış edə bilmədim. Çünki qarşımda maneə var idi. Bu, bir az şans işidir. Məni səhv başa düşməyin. Operatordan soruşdum ki, həmin epizodu çəkə bildin?”.
Beyl futbolçu kimi İngiltərənin “Sauthempton” və “Tottenhem”, İspaniyanın “Real”, ABŞ-ın “Los Anceles” klublarının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin