
“Bu, biabırçılıqdır” – Millinin futbolçusu
Braziliya millisinin müdafiəçisi Markinyos DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Argentina yığmasına ağır məğlubiyyəti (1:4) şərh edib.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu belə bir nəticədən sonra nəsə deməyin çətin olduğunu bildirib:
“Belə bir nəticədən sonra nəsə demək çətindir. Bu, biabırçılıqdır. Biz vacib qarşılaşmada çox ağrılı məğlubiyyət aldıq. Bu, bir daha təkrarlanmamalıdır. Azarkeşlərimizin çox üzüldüyünü bilirik. Onları sakit olmağa çağırıram. Başımızı qaldırıb irəli getməliyik”.
Braziliya yığmasının 14 turdan sonra 21 xalı var. Komanda DÇ-2026-nın seçmə mərhələsində dördüncü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin