“Çempionlar Liqasında liderlik etməyin faydalı olub-olmaması yalnız mövsümün sonunda bəlli olacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlindəki liderliyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin mövsümün sonunda bəlli olacağını söyləyib:

“Bu barədə nəsə demək çətindir. Çempionlar Liqasında hansısa komandaya liderlik etməyin faydalı olub-olmaması, ilk 8-likdə olmağın faydası yalnız mövsümün sonunda bəlli olacaq. Biz əsas heyətlə oynayırıq və ən yüksək yeri tutmaq üçün hər şeyi etməyə çalışırıq. Və bu, bizi 1/8 finalda güclü rəqiblə qarşılaşmağa gətirib çıxararsa, o zaman gələn mövsüm bəlkə də, fərqli hərəkət edəcəyik”.

“Qırmızılar” 5 matçın beşində də qalib gələrək, 15 xal toplayıb.

“Liverpul” dekabrın 10-da Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button