
“Bu barədə danışmağa hazır deyiləm”
“Kristal Pelas”ın baş məşqçisi Roy Hocson komandadakı gələcəyini müzakirə etməyə hazır olmadığını deyib.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, o, hər şeyin mövsümün sonunda bəlli olacağını vurğulayıb:
“Ümumiyyətlə, bu barədə danışmağa hazır deyiləm. Hər şey mövsümün sonunda bəlli olacaq. Əlavə şərh vermək istəmirəm. Hazırda son turlardan həzz almağı planlamışam”.
İngiltərəli mütəxəssis paytaxt təmsilçisinin müdafiəçisi Ceyms Tomkinsin şərhini diqqətə çatdırıb:
“Sizə Tomkinsin gülməli şərhini söyləmək istəyirəm: “Nə axtarırsınız? Qızıl saat? O, mənim üçün deyil”.
75 yaşlı Roy Hocson ötən ay “Kristal Pelas”ın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında londonlular altı matçın dördündə qələbə qazanıb.
Bizi Facebook-da izləyin