Mourinyodan PSJ açıqlaması
Portuqaliyalı mütəxəssis Joze Mourinyo PSJ-nin onunla maraqlanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bu mövzu ilə bağlı fikir bildirmək istəməyib:
“Bu barədə danışmaq istəmirəm. Qarşıda “Bayer”lə (Avropa Liqası) oyunumuz var. Bu, final matçı belə deyil, yarımfinal görüşüdür. Diqqətimi “Roma”ya yönəltmək istəyirəm”.
Bildirilir ki, Mourinyo “Roma”dan ayrılaraq PSJ və ya “Real”a getməyə hazırdır. “Le Parisien”ə görə, Mourinyonun Fransa klubuna keçməsinə PSJ-nin portuqaliyalı idman müşaviri Luis Kampos əngəl yarada bilər. Çünki portuqaliyalılar dostluqlarına xələl gətirmək istəmirlər.
Öncədən Luis Kamposun Mourinyonun agenti Xorxe Mendeşlə danışıqlar apardığı bildirilirdi.
“Roma” Avropa Liqasının yarımfinalının ilk qarşılaşmasında Bundesliqa klubunu minimal hesabla məğlub edib – 1:0. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin