
Ronaldo: “Real” Ançelottini Braziliya millisinə buraxmadı”
Sabiq hücumçu Ronaldo “Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinə baş tutmayan təyinatından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu, fantaziya deyil, şəxsən mən bu məsələdə kömək etdim. Bu barədə Ançelotti ilə danışdım, lakin sonra o, “Real”dan buraxılmadı. O, Çempionlar Liqasını qazanıb və daha bir mövsüm Madriddə qalacaq”.
Dorival Junior hazırda Braziliya millisinin baş məşqçi postunu tutur. Onun rəhbərliyi altında milli komanda Argentina yığmasına son matçda 1:4 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



