“Bu, Bakının ilk belə böyük təcrübəsi idi” – David Trezeqe
Fransa millisinin sabiq üzvü David Trezeqe AÇ-2020-nin final mərhələsinin keçiriləcəyi ölkələr haqda danışıb.
Komanda.az xəbər verir ki, “sport-express.ru” saytına müsahibə verən keçmiş hücumçu, mundialın 4 qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi haqda da fikirlərini bildirib:
“Bizi çoxlu yeniliklər gözləyir. 12 ev sahiblərindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış deyil. Ancaq onlar da bu yarşın bir parçası olmaq imkanı qazanıblar. AÇ-2020-nin necə olacağı çox maraqlıdır.
Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı tənqidlər var idi. Ancaq məncə, bunların əksəriyyəti təşkilati məsələlərlə bağlı idi. Çünki Bakı Olimpiya Stadionu çox geniş və gözəldi. Nəzərə almaq lazımdı ki, bu, Bakının ilk belə böyük təcrübəsi idi və ilklər nadir hallarda ideal olur. Əlbəttə, Bakı Avropa hissəsindən uzaqdı. Ancaq Avropa Liqasındakı təcrübə AÇ-2020 zamanı paytaxtın hərtərəfli daha yaxşı olmasına kömək edəcək”.
AÇ-2020-nin qrup mərhələsinin 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin