Sabiq futbolçu “Mançester Yunayted” haqda: “Ayıbdır!”

“Mançester Yunayted”in keçmiş futbolçusu, hazırda TV-də mütəxəssis kimi çalışan Qari Nevill komandanın İngiltərə Premyer Liqasının 25-ci turunda “Tottenhem”ə məğlubiyyətindən (0:1) sonra oyun haqda fikirlərini bölüşüb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın oyununu tənqid edib:

“Mançester Yunayted”in iki mərkəz yarımmüdafiəçisi arasındakı məsafə eyni deyil. Baxın, Bruno Fernandes haradadır, Kazemiro haradadır. Bu, futbolun bütün qaydalarını pozur. Bu, tam dəlilikdir. Komandanın quruluşu dəhşətlidir. İkisi yarımmüdafiədə ayrılır. Bu, ayıbdır! Doqquz yaşdan aşağı futbolda belə, bunu görməzdiz. Orta sahədəki boşluğa baxın. Mən şoka düşdüm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button