“Həmin axşam demək olar ki, tabuta vurulan son mismar kimi idi” – Skoulz
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz keçmiş komandasının Premyer Liqanın 36-cı turunun səfər oyununda “Kristal Pelas”a məğlubiyyəti haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Həmin axşam demək olar ki, tabuta vurulan son mismar kimi idi. Komanda nəyi necə edəcəyini başa düşmürdü”.
“Mançester Yunayted” mayın 6-da Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a məğlub olub (0:4). Komanda hazırda 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin