
“Bu arena “Qəbələ” üçün uğurlu stadiondur” – Murad Musayev
“Qəbələ”nin müdafiəçisi Murad Musayev Azərbaycan kubokunun “Neftçi” ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, “ağ-qaralar”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün əhəmiyyətli oyun olacaq. Meydançada istədiyimizi edəcəyik ki, çempion olaq. Azarkeşlərin sayının çox olması bizim üçün müsbətdir. “Bakcell Arena” “Qəbələ” üçün uğurlu stadiondur”.
Ölkə kubokunun həlledici qarşılaşması iyunun 3-də, “Bakcell Arena”da baş tutacaq.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin