“Bu anlayış məni narahat edir” – Kovaç
Almaniya Bundesliqasının 28-ci turunda “Borussiya”nı (Dortmund) 5:0 hesabı ilə məğlub edən “Bavariya”nın baş məşqçisi Niko Kovaç açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis, turnir cədvəlində liderliyi ələ keçirmələrinə baxmayaraq, çempionluğu təmin etmədiklərini deyib:
“Bu gün möhtəşəm oynadıq, 90 dəqiqə ərzində göstərdiyimiz oyun çox yaxşı idi. Komandamla qürur duyuram.
Bu oyunda qalib gəlməyə layiq idik, amma hələ çempionluq yarışı bitməyib. Qalan matçlarda da eyni “performans”ı göstərməliyik. Qarşıda çox çətin oyunlar var.
Komanda qalib gələndə problem olmur, amma məğlub olanda hər şeyi səhv etdiyimizi deyirlər. Bu münasibət doğru deyil. Klub rəhbərləri də bu fikirdədirlər. Bu anlayış məni narahat edir”.
Bizi Facebook-da izləyin