
“Bu anlar insanın yaddaşında ömür boyu qalır”
İrlandiya yığmasının baş məşqçisi Heymir Hadlqrimsson komandasının DÇ-2026-nın seçmə mərhələsində Macarıstan millisi üzərində qazandığı 3:2 hesablı qələbəni şərh edib.
Bu nəticə irlandlara pley-off mərhələsinə yüksəlmək imkanı verib.
Komanda.az xəbər verir ki, islandiyalı mütəxəssis “The Irish Times”-a açıqlamasında matçın son dəqiqələrində yaşanan dramatik anları belə şərh edib:
“Bağışlayın, amma mən bunu əvvəllər də görmüşəm. Avropa çempionatında İslandiya millisi son dəqiqələrdə Avstriyaya qol vurmuşdu. Bu dəfə də eyni vəziyyət yaşandı. Bu anlar insanın yaddaşında ömür boyu qalır”.
O, həmçinin, azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:
“Bu yolu gedən futbolçuları daim dəstəkləyən insanlara təşəkkür etməliyik. Belə məqamlarda çoxlu dostlarınız olur”.
Qrupun qalibi 13 xalla Portuqaliya millisi olub. İrlandiya 10 xal toplayaraq, turniri 2-ci pillədə başa vurub.
Hadlqrimsson daha əvvəl – 2013–2018-ci illərdə İslandiya millisini çalışdırıb və komandanı tarixində ilk dəfə Avropa və dünya çempionatına çıxarıb.
Bizi Facebook-da izləyin



