“Futbolçular bu addımı atmaqla, kluba olan sədaqətlərini göstərdilər” – Bartomeu

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu əsas komandanın futbolçularının məvaciblərinin 70 faizindən imtina etmələrinə münasibət bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, məsələylə bağlı bunları deyib:

“Bu məsələni müzakirə etməyə yeni başlayanda, Lionel Messi bunun vacib olduğunu bildirdi. Futbolçular bu addımı atmaqla, kluba olan sədaqətlərini göstərdilər. Məvacibləri azaltmaqdan imtina etsəydik, bu, rəhbərlik tərəfindən məsuliyyətsizlik olardı. Klubun gəlirləri azaldığı üçün xərcləri də balanslaşdırmaq lazımdır”.

“Barselona”nın futbolçuları, koronavirus pandemiyası səbəbiylə gəlirləri azalan kluba dəstək məqsədiylə bu addımı atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button