Messi Tevesi təəccübləndirib
Argentina millisinin keçmiş hücumçusu Karlos Teves Lionel Messi barədə danışıb.
Komanda.az “ESPN AR”-a istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusunun DÇ-2022-dəki çıxışından söz açıb:
“Messi hirslənəndə… O, bunun sayəsində çox şey qazanıb. Hələ uşaq vaxtlarında Argentina milli komandasında olarkən ondan lider olmasını xahiş etmişdik. Lakin 19 yaşında lider olmaq çətindir.
Messi DÇ-2022-nin finalında penaltini dəqiq yerinə yetirəndə təəccübləndim. Həmin vaxt mən əsəbi halda o yana-bu yana gedirdim. Öz-özümə dedim: “Bu adamın əsəbləri poladdandır”. Çünki həmin vəziyyətdə penalti vurmaq… Bir saniyə belə, düşünsən, qaçıra bilərsən”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin