“Bu, ən yaxşı matçımız idi” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 24-cü turunun “Jirona” ilə qarşılaşması (4:0) haqda təəssüratlarını bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu matçın komandası üçün çox yaxşı keçdiyini bildirib:
“Bu gün ehtiyat oyunçular skamyasında olmaq çox xoş idi, çünki bu, ən yaxşı matçımız idi. Həm müdafiədə, həm də topa sahib olmaqda yaxşı çıxış etdik. Keçid mərhələlərində rəqibə xeyli problemlər yaratdıq. Müdafiəçilərimizin başına gələn fövqəladə vəziyyət komandanın üzərinə əlavə müdafiə məsuliyyəti qoydu”.
İspaniya çempionatının 24 turundan sonra “Real” 61 xal toplayaraq 2-ci pillədə qərarlaşan “Jirona”nı 5 xal qabaqlayaraq birinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin