“Bu, ən yaxşı kubok matçıdır” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun 1/8 finalında “Bornmut”la oyundan (2:1) danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını deyib:
“Bu, ən yaxşı kubok matçıdır. Bu gün yaxşı anlar oldu. Mən bunlar haqqında danışmamalıyam, çünki siz bunu özünüz görmüsüz. Hər iki komanda üçün həqiqətən çətin idi. İlk hissədə daha çox qol vura bilərdik, amma alınmadı. İkinci hissədə təbii ki, daha çox qol vurmağın yaxşı olacağını anladıq. İkinci qolu vurduq və sonra həqiqətən, çox mübarizə apardıq.
Hər iki komanda qalib gəlmək istəyirdi. Bu, qəribə, qeyri-adi şəraitdə kubokun ən yaxşı oyunu idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin