“Real”ın prezidenti Çempionlar Liqasının yeni formatını tənqid etdi

“Real”ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının bu mövsüm qüvvəyə minən yeni formatını tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu sistemin ədalətsiz olduğunu söyləyib:

“Çempionlar Liqasının yeni formatı problemləri həll etmədi. Bu, ədalətsiz sistemdir. UEFA matçların sayını artırdı, lakin onların dəyəri əvvəlkindən daha az oldu”.

2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. Bu mövsüm Çempionlar Liqasının finalı gələn il mayın 31-də, Münhendəki “Alyanz Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button