Fernandesi Messiylə müqayisə etdi

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand Bruno Fernandes və PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalının “qırmızı şeytanlar”da olan statistikasından söz açıb:

“Bruno məhsuldar ötürmələr verir, qol imkanları yaradır. Onun statistikasına nəzər yetirsəniz, portuqaliyalı “Mançester Yunayted”ə keçəndən sonra yalnız Messi qol vurmaqda ona rəqib olub.

Mən Brunonun Messi səviyyəsində futbolçu olduğunu demirəm. Heç kim bu barədə fikir belə, səsləndirməyib. Yalnız argentinalı daha yaxşı statistik göstəricilərə sahibdir”.

Ferdinand Brunonun yaxşı çıxış etməsi üçün Kristian Eriksenə ehtiyac duyduğunu deyib:

“Brunonun daha yaxşı çıxış etməsi üçün Eriksenə ehtiyacı var. Danimarkalı komanda yoldaşları üçün çox vacib ötürmələr verir”.

Portuqaliya millisinin üzvü 2020-ci ildən Premyer Liqa klubunda çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button