“Fernandesi itirmək axmaqlıq olar”

“Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesin komandadan mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fernandesin fantastik futbolçu olduğunu deyib:

“Heç bir oyunçu klubdan böyük ola bilməz, amma Bruno xüsusidir, o, komandanın kapitanıdır. O, meydanda inanılmaz bir iş görəndir. İndi Fernandes “Mançester Yunayted”də hamıdan üstündür, onu itirmək axmaqlıq olar. O, fantastik futbolçudur”.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 34 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button