
Kapitan “Mançester Yunayted”i tərk edə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes gələcəyinə dair planlarını müəyyənləşdirib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun MLS və Asiya liqalarından təklifləri var.
30 yaşlı yarımmüdafiəçi ən azı 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər “qırmızı şeytanlar”da qalmaq niyyətindədir. Mundialdan sonra isə o, klubunu dəyişməyə hazır olacaq.
Daha əvvəl mətbuatda Fernandesə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun maraq göstərdiyi bildirilsə də, transfer baş tutmamışdı.
Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



