
Bruno Fernandes forma nömrəsini dəyişdi
“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes forma nömrəsini dəyişib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi yeni mövsümdən 8 nömrəli forma ilə çıxış edəcək. Bu nömrə ilə bundan əvvəl klubdan ayrılmış Xuan Mata oynayırdı.
Xatırladaq ki, Bruno Fernandes ötən mövsüm 18 nömrəli forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin