“Brügge” çempion elan olundu
Futbol üzrə Belçika çempionatında 2019/20 mövsümü ilə bağlı yekun qərar qəbul olunub.
Komanda.az xəbər verir ki, sözügedən çempionat koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılıb və “Brügge” çempion elan olunub.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs veriblər.
Nəticədə 15 xal fərqlə lider olan “Brügge” mövsümün qalibi elan edilib. Bu komandanın növbəti mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. 55 xalla ikinci olan “Gent” də Belçikanı ÇL-də təmsil edəcək.
“Şarlerua”, “Antverpen” və “Standard” Avropa Liqasında iştirak hüququ qazanıblar. Sonuncu pillədə qərarlaşan “Vasland-Beveren” isə aşağı liqaya göndərilib.
Xatırladaq ki, daha öncə Avropada Fransa və Niderland çempionatlarında 2019/20 mövsümü erkən başa çatdırılmışdı.
Bizi Facebook-da izləyin