Advokat “Feyenoord”da

“Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorstun mövsümün sonunda vəzifəsindən ayrılacağı xəbərini vermişdik.

Komanda.az xəbər verir ki, Hollandiya mətbuatı “Feyenoord”un “sükan”ının Dik Advokata tapşırılacağını iddia edib. “Voetbal İnternational” saytının xəbərinə görə, 71 yaşlı mütəxəssis “Feyenoord”u çalışdırmağa yeganə namizəddir. Advokatın köməkçisinin isə Dirk Kuyt olacağı gözlənilir.

2015-ci ildən “Feyenoord”a rəhbərlik edən Bronkhorst, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Məşqçi karyerası ərzində PSV, “Zenit”, “Fənərbaxça”, Münhenqladbax “Borussiya”sı kimi klublarda çalışan Advokat, Serbiya, Rusiya, Hollandiya, Belçika millilərinə də rəhbərlik edib. O, hazırda Hollandiyanın “Utrext” komandasını çalışdırır. Onun Erediviziya təmsilçisiylə mövsümün sonuna qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button