Brkiç: “Ən konkret təklif “Neftçi”dən idi”

“Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiç “ağ-qaralar”la müqavilə müddətini uzatmasının səbəbləri haqda danışıb.

Komanda.az xəbər verir ki, “Veçernji” portalına danışan Brkiç, fərqli klublardan təklif aldığını deyib:

“Neftçi” ilə razılaşdıq və mən daha iki ili burada keçirəcəm. Bakıda xoşbəxtəm, ona görə də, nəyisə dəyişməyə səbəb görmürəm. Beş fərqli liqada mübarizə aparan bir çox klubdan təkliflərim var idi. Amma ən konkret təklif “Neftçi”dən idi”.

27 yaşlı qapıçı 2022-ci il yanvarında “Riqa”dan “Neftçi”yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button