Britaniyalı jurnalist: “Messinin builki gülünc qələbəsi…”
Britaniyalı jurnalist Pirs Morqan “İnter Mayami”nin hücumçusu Lionel Messinin səkkizinci “qızıl top”u haqqında danışıb.
Komanda.az xəbər verir ki, Morqan “tvitter” hesabında Messinin qələbəsini gülünc adlandırıb:
“Messinin builki gülünc qələbəsi bütün “qızıl top” sisteminin saxta olduğunun bir daha sübutudur. O, iki dəfə az “qızıl top”, Kriştiano Ronaldo daha iki dəfə çox, Erlinq Haland isə bu il “qızıl top”u qazanmalı idi”.
Messi oktyabrın 31-də 8-ci dəfə “qızıl top”u qazanıb. Səsvermədə 36 yaşlı argentinalı forvard müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Erlinq Halandla Kilian Mbappeni qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin