“Barselona”nın keçmiş hücumçusu Yunanıstan klubuna keçir

“Barselona”nın keçmiş hücumçusu Martin Breytveyt karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu “Olimpiakos”a keçməyə yaxındır. Tərəflər danışıqlar aparır və yaxın bir neçə gün ərzində müqavilə imzalana bilər.

33 yaşlı hücumçu son olaraq “Espanyol”da forma geyinib. O, 2022/23 mövsümündə 43 matçda iştirak edib, 22 qol vurub və üç məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button