Breytveytin şərti var – “Barselona”dan getmək üçün

“Barselona”nın hücumçusu Martin Breytveyt yalnız maraqlı transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı Kataloniya klubundan yalnız İspaniya və ya İngiltərənin güclü komandalarına getməyə razı olacaq. Təkliflərin heç biri Breytveytə uyğun gəlməsə, “Barsa”da qalacaq.

O, bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə dörd oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun kubla müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button