Breytveyt “Barselona”dan bir şərtlə gedə bilər

“Barselona”nın hücumçusu Martin Breytveyt klubda qalmaqda qərarlıdır.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı futbolçu “Barselona”da oynamağın karyerasında böyük şans olduğunu düşünür. Bununla belə, kataloniyalıların rəhbərliyi futbolçu üçün təxminən 8 milyon avro ödəməyə hazır olan yeni klub axtarır.

Breytveyt yalnız yeni klubunu layiqli variant hesab edəcəyi halda “Barselona”dan ayrılmağa razı olacaq.

O, ötən mövsüm kataloniyalıların heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button