Balotelli ilə müqaviləyə xitam veriləcək – məşqlərə də qatılmır

“Breşiya” klubunun futbolçusu Mario Balotelli əsas komandanın məşqlərində iştirak etmir.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Balotelli, “Breşiya”nın əsas komandasıyla məşq etməkdən imtina edib və o, gənclərdən ibarət komanda üçün ayrılmış sahədə məşq edir.

“Breşiya” italyan hücumçuyla müqaviləyə xitam verəcək. Klubun yaxın zamanda bu haqda rəsmi məlumat yayacağı bildirilir.

Balotelli ilə Braziliyanın “Vasko da Qama”, “Flamenqo”, “Botafoqo” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button