Premyer Liqa klubunun hücumçusunun cəzası bitib

Qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün futboldan uzaqlaşdırılan İvan Toni yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “Brentford”un 27 yaşlı hücumçusuna verilmiş 8 aylıq cəzanın müddəti bitib. İngiltərə millisinin üzvü Premyer Liqanın 22-ci turunun “Nottingem Forest”lə matçında iştirak edəcək.

Toni futbola qayıdışını şərh edərkən “artıq özümü azad insan kimi hiss edirəm” deyib.

“Brentford” – “Nottingem Forest” qarşılaşması 20 yanvar tarixində, saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button