
“Çelsi” cəzalı futbolçunu transfer etmək istəyir
“Brentford”un hücumçusu İvan Toni karyerasını “Çelsi”də davam etdirə bilər.
Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, “zadəganlar” 27 yaşlı ingiltərəli futbolçunu transfer etmək istəyir.
Toni mərc qaydalarının pozulması səbəbindən 2024-cü il yanvarın 17-dək 8 aylıq qadağaya məruz qalıb. Lakin o, bu həftə sonu məşqlərə qayıda bilər.
Daha əvvəl məlum olmuşdu ki, Toni 2017-2021-ci illər arasında mərc qadağasını 232 dəfə pozub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin