İngiltərəli hücumçu “Brentford”dan ayrılmağa yaxındır
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Brentford”un hücumçusu İvan Toni ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu üçün gələn təklifi qəbul etməyə hazırdır. “Brentford” bu həftənin sonuna qədər Tonini 45 milyon funt sterlinqə sata bilər.
“Çelsi” də hələ ingiltərəli forvard uğrunda mübarizədən kənarda deyil və son anda təklif verə bilər.
Toninin “Brentford”la müqaviləsi gələn ilin ortalarında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin