Toni ərəblərə satılır – 42 milyon avroya

“Brentford”un hücumçusu İvan Toni Avropada qalmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Brentford” “Əl-Əhli”dən Toni üçün gələn təklifi qəbul edib. Transfer məbləği 42 milyon avro olacaq.

28 yaşlı hücumçu bu yay İngiltərə millisinin heyətində Avropa çempionatında çıxış edib. Toni 2020-ci ilin sentyabr ayının əvvəlindən “Brentford”da çıxış edir. O, bu vaxt ərzində İngiltərə klubunun heyətində 141 rəsmi oyun keçirib, 72 qol vurub və 23 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button