
İngiltərə klubu tarixinin ən bahalı transferinə hazırlaşır
“Brentford” klubu “Vulverhempton”un müdafiəçisi Natan Kollinsin transferi ilə bağlı razılıq əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid “arılar” üçün 23 milyon funt-sterlinqə başa gələcək və klub tarixinin ən bahalı transferi olacaq.
Kollins 2022-ci ilin yayında “Bernli”dən “Vulverhempton”a keçib. O, 2022/23 mövsümündə 31 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin