Braziliya klubu “Qəbələ”nin təklifinə “yox” dedi

Braziliyanın “Vitoriya” klubunun futbolçusu Eronildo dos Santos Roşanın (Eron) Azərbaycan klubundan təklif aldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçuya “Qəbələ” təklif göndərib. Bu barədə “Globoesporte” nəşri məlumat yayıb. Eronun meneceri Antonio Qustavo “Qəbələ”dən gələn təklifin “Vitoriya” tərəfindən rədd edildiyini bildirib.

Eron Braziliyanın U-17 millisinin sabiq üzvüdür. Hücumçu “Vitoriya”nın B komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button