Hakimi döyən futbolçu həbs olundu FOTO
Braziliyanın “SK San Paulo” klubunun futbolçusu Uilyam Ribeyro həbs olunub.
Komanda.az xəbər verir ki, buna səbəb Ribeyronun 2-ci divizionda keçirilən “Quarani” – “SK San Paulo” matçında baş hakim Rodriqo Krivellaronu döyərək, xəstəxanalıq etməsi olub.
Hadisə qarşılaşmanın 61-ci dəqiqəsində baş verib. Müdafiəçi hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb və matç yarımçıq dayandırlıb.
Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi qiymətləndirib.Yerli həbsxanaya göndərilən futbolçu cərimə də ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin