
Sampaoli ilə yollar ayrıldı
Braziliyanın “Santos” klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Santos” Sampaoliyə 2019-cu ildə klub üçün gördüyü işlərə təşəkkür edib.
“Santos” klubu Braziliya A Seriyasını bu il 2-ci sırada tamamlayıb.
Sampaoli 2018-ci ilin dekabrından “Santos”u çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin