“Marakana” stadionunun adı dəyişdirilir
Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionuna sabiq futbolçu Pelenin adı verilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb. Bu layihənin müzakirəsi Rio-de-Janeyro ştatının qanunverici orqanının gündəliyinə daxil edilib və deputatlar tərəfindən dəstəklənib. Stadionun adının dəyişdirilməsi üçün yerli qubernator Klaudio Kastronun razılığı lazımdır.
“Marakana” 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.
155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final matçını rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.
Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən 21-ci əsrin futbolçusu seçilib.
Bizi Facebook-da izləyin