“Qəbələ” braziliyalı müdafiəçini Azərbaycana gətirdi
Braziliyanın “Ponte Preta” klubundan ayrılan Ruan Renato karyerasını Azərbaycanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 27 yaşlı braziliyalı müdafiəçi “Qəbələ” klubuna keçəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Xəbərdə, Renatonun “Qəbələ” ilə müqavilə imzalamaq üçün Azərbaycana gəldiyi bildirilib.
2020-ci ilin oktyabrından “Ponte Preta”da çıxış edən Renato, daha əvvəl Braziliyada “Yuventude”, “Fiqueyrensa”, “Vitoriya” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin