5-ci dəfə “Palmeyras”ın “sükanı arxasına” keçdi

Braziliyanın “Palmeyras” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Vanderley Luşemburquya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 67 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

2004/2005 mövsümündə “Real”ı çalışdıran Luşemburqunun son iş yeri “Vasko da Qama” klubu olub.

Luşemburqu karyerasında artıq 5-ci dəfədir ki, “Palmeyras”a baş məşqçi təyin olunur. O, bu komanda ilə iki dəfə Braziliya A Seriyasında çempionluq yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button