“Çelsi” və Braziliya millisinin sabiq üzvü klubsuz qaldı
Braziliyanın “Palmeyras” klubu futbolçusu Ramireslə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Karyerası ərzində “Benfika” və “Çelsi” kimi klublarda çıxış edən Ramires, 2019-cu ilin yayından “Palmeyras”da idi. Yarımmüdafiəçi Braziliya yığmasında 51 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin