
Skolari yenidən keçmiş klubunda
Braziliyanın “Kruzeyro” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, B Seriyası təmsilçisinin “sükan”ı Luis Felipe Skolariyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 72 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Skolari 200/2001 mövsümündə də “Kruzeyro”nu çalışdırıb. Braziliyalı mütəxəssis son olaraq “Palmeyras”da baş məşqçilik edib.
“Kruzeyro” Braziliyanın B Seriyasında mübarizə aparır. Komanda 15 turdan sonra 12 xalla 19-cu sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin