42 minlik stadion karantin üçün istifadə olunacaq

Braziliyanın “Korintians” klubunun ev oyunlarını keçirdiyi “Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün açıq hava xəstəxanasına çevriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb. Xəbərdə, stadion ərazisində 200-dən çox çarpayının yerləşdiriləcəyi və işlərin 10 gün müddətində yekunlaşacağı bildirilir.

“Pakaembu” Braziliyada koronavirusun ən çox yayıldığı San-Paulo şəhərində yerləşir və tutumu 42 mindir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button