Braziliya klubunun 38 üzvü koronavirusa yoluxub!

Braziliyanın “Flamenqo” klubunun 38 üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Flamenqo”nun 293 əməkdaşı koronavirus testindən keçib və onların 38-nin test nəticələri müsbət olub. Virusa yoluxanlardan üçü futbolçudur.

“Flamenqo”dan edilən açıqlamada, koronavirusa yoluxanların karantinə alındığı bildirilib.

“Flamenqo”da bir müddət əvvəl klubun masajçısı Jorjinyo koronavirusun qurbanı olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button