Honda Avropaya qayıdır?
Braziliyanın “Botafoqo” klubunda çıxış edən Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə “Portimonense” klubu yaxından maraqlanır. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. “Portimonense” klubu qış fasiləsində Hondanın keçidini reallaşdırmaq istəyir. Yapon futbolçu isə Avropaya qayıtmaqla bağlı qərarını hələ verməyib.
“Portimonense” klubu Portuqaliya Premyer Liqasında 18-ci – sonuncu sıradadır.
98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin