Braziliya klubu Koşta ilə vidalaşdı
Braziliyanın “Atletiko Mineyro” klubu hücumçu Dieqo Koşta ilə yollarını ayırdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koşta ilə müddəti bitən müqavilə yenilənməyib.
“Atletiko Mineyro” 34 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib.
Koşta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin