“Braziliyalılar yenidən futbolu gözdən salırlar” – Argentinalı futbolçu
Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romero DÇ-2026-nın seçmə mərhələsində Braziliya üzərində səfər qələbəsindən (1:0) sonra emosiyalarını bölüşüb.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Tanrım, bizim necə komandamız var! Necə olur ki, özünü bu heyrətamiz komandanın bir parçası hiss etmirsən? Biz tarix yazmağa davam edirik. Təəssüf ki, braziliyalılar yenidən futbolu gözdən salırlar. “Marakana”da həmişə eyni şey olur”.
Argentinalılar DÇ-2026-nın seçmə mərhələsində 15 xal toplayıblar və turnir cədvəlində 1-ci yeri tuturlar. Braziliya millisi 7 xalla 6-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin