Rafinya Neymarın rekordunu təkrarlayıb
“Barselona”nın yarımmüdafiəçisi Rafinya İspaniya çempionatının 4-cü turunda “Valyadolid”lə matçda het-trik edib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Rafinya Kataloniya klubunun keçmiş hücumçusu Neymarın rekordunu təkrarlayıb. Bu ikili 21-ci əsrdə La Liqada “Barsa” üçün eyni oyunda het-trik və ötürmə edən yeganə braziliyalı futbolçudur.
“Barselona” “Valyadolid” üzərində 7:0 hesablı qələbəni bayram edib.
Hans-Diter Flikin yetirmələri İspaniya çempionatının startında uğurla çıxış edir. Kataloniya komandası 12 xal toplayıb və turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin